İkimərtəbəli avtobus supermarketə girdi: 2 nəfər öldü

  • 19.09.2018
  • 0

2 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının görüntüləri yayılıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, 3 il əvvəl İngiltərənin Koventri şəhəridə ikimərtəbəli avtobus supermarketə girib.

Nəticədə iki nəfər ölüb. Ölənlərdən biri 7 yaşlı uşaq, digəri isə 76 yaşlı kişidir.

Qəzaya görə 80 yaşlı sürücü saxlanılıb. Ötən gün Kailaş Çander adlı kişinin məhkəməsi keçirilib. Onun 3 sutkadan artıq dayanmadan sükan arxasında olduğu aşkarlanıb.

Hadisədən 3 il sonra ilk dəfə qəzanın görüntüləri nümayiş etdirilib.

Milli.Az hadisənin görüntülərini təqdim edir:

Nə düşünürsən?