Rusiya Azərbaycana aid olan TIR-ları ölkəyə buraxmır - İLGİNC SƏBƏB

  • 19.09.2018
  • 0

Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobili Rusiya gömrüyü tərəfindən bu ölkəyə buraxılmayıb.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.

Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq, bəzilərinin yükü isə 50-100 kq artıqdır. 

Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya tərəfi onlara icazə verməyib. Buna görə sürücülər yük maşınlarında olan meyvələrin qısa zamanda məhv olacağından narahatdırlar.

Nə düşünürsən?