"BMW"dən super YENİLİK! "Pedalı gizlədir"

  • 18.09.2018
  • 0

"BMW" şirkəti "Vision iNext" layihəsi haqqında məlumat verib.

Milli.Az ölkə.Az-a istinadən xəbər verir ki, yeni layihə elektriklə çalışan krossoverdir. Konseptə əsasən, avtomobil lazım olmayanda pedalı və sükanı gizlədir.

"iNext" modeli elektrik mühərriki ilə təchiz edilib. Amma onun texniki göstəriciləri barədə məlumat verilmir. Sistem tam olaraq avtonomdur. Ətraf mühit haqqında məlumat toplayan komponentlərin bəzisi radiator şəbəkəsinin arxasına yerləşdirilib.

İnteryer təbii ağac və dəridən hazırlanıb. "Ease" və "Boost" idarə sistemi ilə təchiz edilib. Birinci sistem tam avtonom rejimdir. İkinci rejimdə isə sürücü idarəetməni özü həll edir.

Nə düşünürsən?