Dünya Makronun "işsizəm" deyən gəncə cavabından danışır

  • 17.09.2018
  • 0

Fransa prezidenti Emmanuel Makron görüş zamanı ona "işsizəm" deyən bağbana "yolun o biri tərrəfinə keç və özünə iş tap" dediyinə görə dünya mediasının diqqətini çəkib.

Milli.Az Evening standard-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda 25 yaşlı oğlanın prezdentlə Parisdə Yelisey sarayının qarşısında keçirilən görüş zamanı ona iş tapmaqda çətinlik çəkdiyini söyləməsi və Makronun ona "yolun o biri tərrəfinə keç, özünə iş taparsan" deməsi əks olunub.

Prezident gəncə karyerasını başqa yöndə dəyişməyi, katerinq sənayesinə keçməyi tövsiyə edib.

Makronun cavabı sosial şəbəkələrdə maraq doğurub. Onun cavabı birmənalı qarşılanmayıb.

Nə düşünürsən?