Dünyaca məşhur şəxs türk vətəndaşı olmaq istəyir - Ərdoğanla görüşəcəm

  • 17.09.2018
  • 0

Oktyabr ayında Türkiyə prezidenti Ərdoğanla görüşəcəyini bildirən fransız aktyor Jerard Depardiye "Türk vətəndaşlığı istəyirəm" deyib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, uzun zamandan bəri qərb mətbuatına açıqlama verməyi rədd edən Jerard Depardiye "Aydınlık" qəzetinin suallarını cavablandırıb.

Rusiya vatandaşlığını qəbul etməsi böyük əks-sədaya səbəb olan aktyor Türkiyə vətəndaşlığı da almaq istədiyini bildirib. Depardiye ölklədə yaşadığı müddətdə özü üçün heç bir imtiyaz istəmədiyini qeyd edib.

Depardiye "Oktyabr ayında Türkiyədə olacam və Ərdoğanla da görüşəcəm" ifadələrini işlədib.

Nə düşünürsən?