9 qat dünya çempionu İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi

  • 17.09.2018
  • 0

Xəbər verdiyimiz kimi, dünən "Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.


Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.

 


Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran 9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib.


İKİ TÜRK LİDERİNİN şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayan Araz Musayev "Təzəpir” məscidində dindarlarla birgə namaz da qılıb.


Bununla bağlı AZXEBER.COM-a danışan Araz Musayev bildirib ki, bu onun çoxdankı arzusu imiş:


"Şəhərin 15 yerində bu qurbanları kəsdik. Kəsilən qurbanların ətini ehtiyacı olan insanlara payladıq. Ardınca "Təzəpir” məscidində hər iki türk liderinin – İlham Əliyev və  Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq”.


"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birliyi bizim qarantımızdır” deyən A.Musayevin sözlərinə görə, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur:


Nə düşünürsən?