Tələbələrin təcrübə aparması üçün istehsal edilən robotlar

  • 15.09.2018
  • 0

Rusiyada bir zavod tibb sahəsində oxuyan tələbələrin təcrübə aparması üçün ürküdücü mimikalı robotlar istehsal edib.

Sfera.az xəbər verir ki, xəstə robotlar insan mimikalarına uyğun formada dizayn edilib. Robotlar sayəsində həkim və tibb bacıları müxtəlif vəziyyətlərə uyğun olaraq daha asan təlim keçə biləcəklər. Robotlar qışqırmaq, öskürmək, sidik ifrazı kimi xüsusiyyətlərə malikdirlər.

Robotu istehsal edən "Eidos Medicine” şirkəti məhsullarının səhiyyə stimulyatorları arasında ən yüksək həqiqilik standartına malik olduğunu bildirib. Şirkətin məqsədi müalicəsi çətin olan xəstəliklər üçün praktik təcrübə imkanı verəcək həqiqi robotlar istehsal etməkdir.

Qarşıdakı illərdə yeni nəsil həkimlər infarkt keçirən və qollarında kəsiklər olan insanlarla necə davranmaq lazım olduğununu robotlar sayəsində öyrənəcəklər.

Xəstə robotlar 183 sm boya, 70 kq çəkiyə malikdirlər. 40-50 yaşında görünən robotların cinsiyyəti isə kişidir. Robotlar göz qırpa bilir. Ağlama, qanama, tərləmə kimi halları simulyasiya etmək üçün maye istehsal edə bilirlər. Bədənlərinin 12 müxtəlif yerində nəbzi ölçmək üçün yer, dodaqların və barmaqların göyərməsi kimi xüsusiyyətləri var.

Ürək masajı, ürək ritmini qaydaya salmaq kimi əməliyyatlar robotlar üzərində sınaqdan keçirilə bilər. Bundan əlavə həkimliyə namizədlər kateter taxarkən və iynə vurarkən etdikləri səhvlərin nəticəsində nə baş verdiyini bu robotlar sayəsində öyrənə biləcəklər.

Robotlar ağciyər xəstəlikləri olan adamları təqlid edərək öskürə və özlərindən gedə bilirlər.

Nə düşünürsən?