Florens qasırğası həyatı iflic edib - ÖLƏNLƏR VAR

  • 15.09.2018
  • 0

ABŞ-ın Şimali Karolina ştatında “Florens” qasırğası nəticəsində aralarında ana və körpəsi də olan beş nəfər ölüb. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı “The New York Times” məlumat yayıb. 

Ştat rəhbərliyinin son məlumatına görə, 600 mindən çox istifadəçi elektrik enerjisindən məhrum olub. ABŞ-ın şərq sahillərində mindən çox aviareys təxirə salınıb. 

Dünən ABŞ fövqəladə hallar agentliyinin sədri Ceff Bayard bəyan edib ki, yaxın 24-36 saat ərzində Şimali və Cənubi Karolina ştatlarında qasırğa təhlükəsi davam edəcək. 

Nə düşünürsən?