Dünyanın ən qəribə ölkəsi: Burada hər şey pulsuzdur

  • 14.09.2018
  • 0

Dünyanın ən qəribə ölkələrindən biri də Kubadır. 

Sfera.az Kuba haqqında ən maraqlı məlumatları təqdim edir:

Uzun illər SSRİ-nin müstəmləkəsi olan Kuba bu gün dünyaya fərqli bir baxışdan pəncərə açıb. Burada insanların işsizlik kimi bir dərdləri yoxdur. Hər kəs qabiliyyətinə görə işlə təmin olunur. İnsanların maaşları arasında da 3 faizdən artıq fərq yoxdur. Məsələn, bu ölkədə millət vəkili ilə ofisiant eyni maaş alır. Valideynlərin övladım böyüyəndə hansı peşəyə sahib olacaq, gələcəyi necə olacaq, deyə bir dərdləri yoxdur. Analar hamiləlik dövründə övladını necə yetişdirəcəyi ilə bağlı təhsil almaq məcburiyyətindədir. Burada nə təhsil haqqı, nə də küçədə yatan evsizlər var. Xatırladaq ki, dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerikada isə bu gün 4 milyon evsiz insan küçədə yaşayır. 

Dövlət insanlara şampun, sabun, ətir və antipresperantları pulsuz paylayır. Bütün dükanlar dövlətə aiddir və bütün maaşları dövlət ödəyir. Bütün məhsullar Kuba vətəndaşlarına bəlli bir çəkidə pulsuz verilir. Limit aşıldıqda isə bir neçə qəpiklə lazım olan məhsulları almaq olur. Bu ölkədə pula önəm verilmir. Hər şeyi pulsuz almaq mümkündür. İnsanlar istirahət üçün seçdikləri hər hansı bir yerə dövlət tərəfindən pulsuz göndərilir. İş rejimi isə 6 saatdır.

Dövlət hər ay adambaşına iki kilo ət verir. Bütün qidalar təmizdir, GMO yoxdur. 

Burada ailədaxili şiddət olayları da yoxdur. Ən kiçik bir şiddətə görə 5 illik azadlıqdan məhrumetmə nəzərdə tutulur. 

12 milyonluq əhalisi olan Kuba dünyada tibbinə görə ilk sıralarda qərarlaşmaqdadır. Ölkədə 50 min həkim çalışır.  

Nə düşünürsən?