Havanın tempraturu ilə bağlı vacib məlumat!

  • 13.09.2018
  • 0

Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nə düşünürsən?