Rəqibinə qarşı bu hərəkəti cəzasız qalmadı - İNANILMAZ

  • 10.09.2018
  • 0

Dünyanın ən nüfuzlu motoçempionatı sayılan "Moto2"nin San-Marino Qran-Pri mərhələsində (San Marino MotoGP) biabırçı olay yaşanıb.


Milli.Az European-a istinadən bildirir ki, italyan motosikletçi Romano Fenati yarış zamanı döngədə rəqibi Stefano Manzinin motosikletinin əylənc rıçaqını sıxıb.


Bəxti gətirən Manzinin baykı aşmayıb və o, ağır qəzaya uğramayıb.


R.Fenati isə 2 yarışlıq diskvalifikasiya ilə cəzalanıb. Bu səbəbdən o, İspaniyanın Araqon əyalətində və Taylandda keçiriləcək "Moto2" mərhələlərinə qatıla bilməyəcək.


Bir neçə il əvvəl R.Fenati tərbiyəsiz davranışına görə VR46 akademiyasından qovulmuşdu. 2015-ci ildə Argentina Qran-Pri yarışında isə o, Niklas Ayonu təpiklədiyi üçün 3 cərimə xalı ilə cəzalanmışdı.

Nə düşünürsən?