Bakıda məsciddən oğurluq edən kişini ağaca bağladılar və...

  • 08.09.2018
  • 0

Nəzir qutularını oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib

Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb. İstiPress-in məlumatına görə, bu barədə “report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib. 

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı “Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib".

O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

Adıçəkilən şəxs Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan pul oğurlayarkən tutulub. Məscidin işçiləri onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.

Nə düşünürsən?