Xarici pilotlar festival üçün Bakıya gəlir, giriş pulsuzdur!

  • 04.09.2018
  • 0

Bakıda BMW Club Azerbaijan Avtomobil İdman Klubunun təşkilatçılığı ilə sayca ikinci dəfə “BMW Fest Azerbaijan 2018” festivalı təşkil olunacaq.  

“Qafqazinfo” xəbər verir ki, ötən il Bakı Olimpiya Stadionunda keçirilən festival, bu il 9 sentyabr saat 13:00-da “Riad” ticarət mərkəzi, “Bizim Ev” mebel şəhərində baş tutacaq.

Tədbirdə Azərbaycanda ilk dəfə olaraq Drift Çempionatı keçiriləcək. Çempionatda pilotlarımız Rizvan Dadaşov, Kamil Babayev və Gürcüstan, Rusiya, Türkiyə, BƏƏ və digər ölkələrin pilotları yer alacaq.

Tədbir zamanı maraqlı avtomobil müsabiqələri və lotoreya oynanılacaq.

Giriş pulsuzdur!

“BMW Fest Azerbaijan 2018” sponsorları Castrol, Azpetrol, HRC Group, ImprotexMotors. 166 yük daşıma,  156 evakuasiya, AkayAuto, BakuCarting, BMWLIFE.AZ, "Bizim Ev" mebel şəhəridir.

Nə düşünürsən?