Keçmiş SSRİ KQB-sinin sabiq əməkdaşı Azərbaycanda nə gördü?

  • 19.08.2018
  • 0

Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx jurnalistlə söhbətində iddia edib ki, ötən əsrin 80-ci illərində Azərbaycan əraizisində əks-kəşfiyyatda xidmətdə olarkən nəhəng ölçüdə naməlum uçan obyekt görüb (UNO və ya NUO) və bu məlumat gizli saxlanıb. O, bildirib ki, qaz işığına bənzəyən mavi rəngli şar formasında görünən naməlum uçan obyekt xidmət etdiyi hərbi hissənin üstündən keçib. Onun diametri ilə bağlı təyyarəçilər müxtəlif rəqəmlər səsləndiriblər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər; onlar deyiblər ki, həmin naməlum uçan obyektin diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar isə bildiribdilər ki, bu NUO təxminən 80 metr - bir stadion boyda olub. Vasili Kuzminıx bildirib ki, “NUO saatda 700 kilometr sürətlə hərəkət edirdi. Demək olar ki, bizimlə eyni hündürlükdə idi. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu, bizim bildiklərimizdən kənarda qalan bir şeydir. Yeri gəlmişkən, təyyarəçilər bildirirdiklər ki, həmin vaxt havada turbulentlik yox idi; aydın məsələ idi ki, obyektin təbiəti “bizimki” deyildi.” Vasili Kuzminıxın dediyinə görə ondan bu hadisə ilə bağlı bütün sənədləri alandan sonra rəhbəri deyib ki: “İndi bu kağız-kuğuza görə mən nə nəticəyə gəlməliyəm və hansı raportu yazmalıyam? Qısası, bunların hamısını cırıram! Bəsdirin, boş-boş işlərlə məşğul oldunuz! Gedin, casus axtarın!”.


Nə düşünürsən?