Bakıda daha bir BİABIRÇILIQ: Avtobusda yaşlı qadınla gənc qız qırğına çıxdı

  • 18.08.2018
  • 0

Paytaxt avtobuslarının birində  növbəti mübahisə dava ilə nəticələnib.

Bizimyol.info-nun verdiyi məlumata görə,  hadisə bu gün axşam saatlarında  37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız  öndə olan qadına  onu itələməməsini bildirib. Qadın isə “mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə başlayıb. Sonda isə mübahisə böyüyərək davaya çevrilib.

Qeyd edək ki, 37 nömrəli marşrut avtobusu Avtovağzaldan İçərişəhər metro stansiyasına kimi hərəkət edir.

Nə düşünürsən?