Koçaryan Surət Hüseynov haqda İNANILMAZ FAKTLAR DEDİ

  • 16.08.2018
  • 0

Ermənistanın eks-prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb. Virtualaz.org xəbər verir ki, bu barədə Robert Köçəryanın vəkili Ayk Alumyan erməni KİV-lərinə bildirib. Vəkilin dediyinə görə  Robert Koçaryan 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib. Çünki həmin məxfi əmrdə ordunun nümayişçilərə qarşı tətbiq edilməsi barədə heç nə deyilmirdi

Nə düşünürsən?