Üzü deformasiyaya uğramış əsgərlərə həyat verən qadın

  • 14.08.2018
  • 0

Qorxunc müharibələrdən biri olan Birinci Dünya Müharibəsi bütün dünyada silinməyən izlər buraxmışdı. Bu çətin zamanlarda isə pis və yaxşı insanları tanımaq daha asan idi. 

Həmin vaxtlar yaxşı insan olduğunu sübut edənlərdən biri də 1917-ci ildə əri ilə Fransaya köçən amerikalı heykəltaraş Anna Kolmen Vots Leddidi.

Oxu.Az xəbər verir ki, o, köçəndən sonra Fransada Birinci Dünya Müharibəsində ağır yaralanmış əsgərlərə maskalar düzəldən  “Yastı burunlar dükanı”nın sahibi Fransis Dervent Vud ilə tanış olur.

Ledd onun fikirlərindən bəhrələnərək “Portret maskalar üçün studiya” adını verdiyi mağazasını açır. 

Anna Kolmen möhtəşəm əl işləri ilə bir çox insanın həyatını dəyişdirir.


Həmin vaxtlar üzü deformasiyaya məruz qalan kişilərdə başqalarının onların xarici görünüşləri ilə bağlı nə düşünməsi fikri psixoloji sarsıntı yaradırdı.


Bu insanlardan bəziləri o qədər böyük yaralar almışdı ki, üzləri tanınmaz halda idi.


Həmin insanlara “Müharibə qurbanlarının ən faciəliləri” adı verilmişdi.



 Ledd isə bacarığından istifadə edərək bir çox insanı xoşbəxt etmişdi.


1932-ci ildə Fransa hökuməti Leddin 15 ildir davam edən xidmətini nəzərə alaraq onu “Qürur Alayı”nın generalı elan edir.

Nə düşünürsən?