Azərbaycanlılar süni mayalanmaya “hə” deyir

  • 13.08.2018
  • 0

Baxmayaraq ki, cəmiyyətimizdə süni mayalanma ilə övlad dünyaya gətirən qadınlara münasibət birmənalı deyil, son zamanlar bu yolla ana olan qadınların sayı artmaqdadır.

Psixoloq Əli Nağıyev mövzu ilə bağlı fikirlərinin Baku TV ilə bölüşərkən deyib ki, əgər süni mayalanma qadında psixoloji narahatlığa səbəb olmursa, onun seçiminə qarışmaq düzgün deyil.

İlahiyyatçı Fazil Əmədli isə bu vəziyyətin dini baxımdan necə qəbul olunmasına aydınlıq gətirib.

“Biz şəxsi seçimə hörmətlə yanaşmağa vərdiş etməliyik. Ana olub-olmamaq, uşağın atasının kim olması yalnız qadının seçimidir”, -  hüquqşünas Tağı Hüseynov bildirib.

Nə düşünürsən?