Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı

  • 13.08.2018
  • 0

İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşovavə Əməkdar artist Röya Ayxan barışıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.

“Crystall Hall”da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.

Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.


Nə düşünürsən?