"Barselona" mövsümə qələbə və kubokla başladı

  • 13.08.2018
  • 0

İspaniya Superkubokunun qalibi məlum olub.

Qol.az xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” “Sevilya”nı sınağa çəkib. 

 

Matça “Sevilya” qolla başlasa da, “Barselona” geri dönüş edə bilib. Əvvəlcə ilk yarının sonuna 3 dəqiqə qalmış hesabı bərabərləşdirən Kataloniya təmsilçisi 78-ci dəqiqədə önə keçib. 

Qarşılaşmanın son saniyələrində “Sevilya”nın məğlubiyyətdən qaçmaq üçün əla fürsəti olub. Lakin Ben Yedder 90+1-ci dəqiqədə penaltidəjn yararlana bilməyib. 

12 avqust

İspaniya Superkuboku

“Barselona” -
 “Sevilya” 2:1
Qollar:
 Sarabia, 9 (0:1), Pike, 42 (1:1), Dembele, 78 (2:1)

Nə düşünürsən?