Qəbələdə sel nəticəsində iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

  • 11.08.2018
  • 0

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.


Sfera.az "Report"a istinadən xəbər verir ki, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub. Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri və yük maşınlar ilə keçərək hərəkət etmək məcburiyyətindədilər.

Nə düşünürsən?