"Galatasaray" rusiyalı futbolçuya "elçi düşüb"

  • 11.08.2018
  • 0

Rusiya millisinin və “Zenit”in futbolçusu Artyom Dzyuba Türkiyədə çıxış edə bilər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu ilə “Qalatasaray” maraqlanır. Onun danışıqlar üçün Türkiyəyə dəvət olunduğu bildirilir.


Qeyd edək ki, A.Dzyuba ötən mövsümün ikinci yarısında icarə əsasında Tula "Arsenal"ında çıxış edib. 
O, DÇ-2018-də möhtəşəm oyunu ilə yadda qalıb. A.Dzyuba 5 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.

Nə düşünürsən?