ABŞ-da sərnişin təyyarəsi oğurlandı - F-15-lər havaya qalxdı

11.08.2018 | 36 | 0

ABŞ-ın Sietl aeroportunda Alaska Airlines aviaşirkətinin əməkdaşı icazəsiz uçuş həyata keçirib.
Oğurlanan təyyarənin göyərtəsində sərnişin olmayıb. Sərnişin təyyarəsini təqib etmək üçün iki F-15 qırıcısı göndərilib. Lakin bir müddət sonra təyyarə qəzaya düşüb. 
Hüquq-mühafizə orqanları insidentin terrorla əlaqəsi olmadığını hesab edirlər. 
ABC telekanalı mənbəsinə istinadən məlumat verib ki, təyyarəni oğurlayan aviaşirkətin əməkdaşı enişi həyata keçirmək üçün kifayət qədər biliyə sahib olmayıb. 

Nə düşünürsən?