Qardaşı da daxil olmaqla 6 nəfəri öldürən qatildən polisə İLGİNC SUAL

  • 11.08.2018
  • 0

Kayseridə qardaşının da aralarında olduğu 8 nəfəri öldürən qatil Hamdi Kayapınarın (39) ələ keçdiyi barədə məlumat vermişdik.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Hamdi Kayapınar polisin dindirilməsi zamanı təhlükəszilik əməkdaşlarına ünvanladığı "Məni necə tapdınız? maska və əlcək geyinmişdim. Bundan başqa, mən gündüzlər çölə də çıxmıram" sual ilə hər kəsi təəccübləndirib.

Sonuncu dəfə 8 gün öncə bir villada təhlükəsizlik əməkdaşını Sami Yılmazı öldürdüyü üçün həbs edilən Hamdi Kayapınarın gündüz yatıb, gecələr dəmir toplayaraq yaşadığı ortaya çıxıb.

Qeyd edək ki, qatil Hamdi Kayapınar ilk cinayətini 1994-cü ildə törədib. Düşünür ki, valideynləri digər oğlunu ondan daha çox istəyir və 13 yaşlı qardaşını iplə boğaraq öldürür. 4 il həbs həyatından sonra, azadlığa çıxıb. Həbsxanadan çıxdıqdan sonra 1998-2001 arasında 6 nəfəri öldürüb. Onu bu qətl olaylarına görə axtaran polisi ayağından vuraraq, qaçıb. 2002-ci ildə yaxalanılb. Polisə verdiyi ilk ifadəsində ailəsini və cəmiyyəti təqsirləndirən Kayapınar "Məni bugünə kimi heç kim sevmədi. Atam hər zaman təhqir etdi. Cəmiyyət özündən kənarlaşdırdı. Məktəbə gedə bilmədim. Bir sənət sahibi olmadım. Xoşbəxt ailəm və məni sevən ana-atam olsaydı, belə olmazdım" deyib.

Nə düşünürsən?