Əməkdar artistdən qızına 500 min manatlıq hədiyyə: EFİRDƏ AÇIQLADI

  • 10.08.2018
  • 0

"Bu qaldığım ev Ülkərindir". Milli.Az xəbər verir ki, əməkdar artist Mətanət İsgəndərli bunu "5/5"-də Zaur Kamalın "Qıza mülk verdiniz?" sualına cavab verərkən deyib. Xatırladaq ki, bu ilin mart ayında xanım müğənninin Nizami küçəsi 3-də yerləşən üç mərtəbəli villası plana düşdüyü üçün sökülüb. Şirkətlə müğənni arasında qiymətlə bağlı narazılıq yaransa da, sonradan əməkdar artisti razı salıblar. Qeyd edək ki, sözügedən şirkətin həmin ərazidə inşa etdiyi binadakı mənzillərin kv/m-i 2700 manatdan başlayır. 4 otaqlı (195 kv/m) mənzilin qiyməti təxminən yarım milyon manat edir. Əlavə edək ki, Türkiyə vətəndaşı ilə ötən il ailə quran Ülkər hazırda Türkiyədə yaşayır.

Nə düşünürsən?