İsmayıllıda 4 otaqlı ev yanıb - TƏFƏRRÜATLAR

  • 10.08.2018
  • 0

Hadisə rayonun İsrail Həsənov küçəsində qeydə alınıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Baloğlan Gərayeva məxsus 1 mərtəbəli 4 otaqlı kürsülü evin 72 kv metrlik evə bitişik çardaq hissəsi yanıb. 

Əraziyə FHN-in İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 15 canlı qüvvəsi cəlb olunub. Alovun evə və digər tikililərə keçməsinin qarşısını alınıb. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Nə düşünürsən?