Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyununu idarə etdi - 2 sarı, 1 qırmızı, 1 penalti

  • 09.08.2018
  • 0

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub.  

Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib. Avstriya təmsilçisi qollardan birini penaltidən vurub.  

Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb.  O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 

Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Nə düşünürsən?