“Samsung” səhvən yeni smarfonu göstərdi

  • 03.08.2018
  • 0

“Samsung”un Yeni Zelandiyadakı bölməsi rəsmi anonsa bir həftə qalmış səhvən “Galaxy Note 9” smartfonunun görüntülərini yayımlayıb. 

Oxu.Az xəbər verir ki, qısa müddət sonra video silinsə də, “Sammobile” nəşri həmin görüntülərin sürətini saxlaya bilib. 

Videoda sarı stiluslu və mavi korpuslu smartfon nümayiş etdirilir. O, “Note 8” smartfonundan çox fərqlənir, ölçü və idarəetmə orqanları isə eynidir. 

Smartfonun təqdimatı avqustun 9-da keçiriləcək.

Nə düşünürsən?