Reperlərin hava limanında davası uçuşları təxirə saldı

  • 02.08.2018
  • 0

Fransanın tanınmış iki reperi Booba və Kaaris Orli hava limanında dava edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir-biri ilə düşmən olan reperlər təsadüfən qarşılaşıblar. Hər iki reper Barselonada konsert vermək üçün Parisdən yola düşməli imiş. Ancaq hava limanında bir-birini görən Booba ilə Kaaris yumruq davasına çıxıb. Davaya onların tərəfdarları da qoşulduğundan polis hərəkətə keçməli olub.

11 nəfər saxlanılıb. Dava səbəbindən bir neçə uçuş təxirə salınıb. 

Nə düşünürsən?