Acun Ilıcalı internet fenomeni azərbaycanlı çobanı “O səs Türkiyə”yə dəvət etdi

  • 09.10.2017
  • 0

İnternetdə fenomenə çevrilən neftçalalı çoban Pərvin Səfərov Acun Ilıcalının dəvətilə “O səs Türkiyə” musiqi yarışmasına qatılıb. Oxu.Az xəbər verir ki, o, yarışmada “Nazəndə sevgilim” mahnısını ifa edib. Münsiflər heyətinin üç üzvü həmyerlimizin ifasını bəyənərək, ona tərəf dönüb. P.Səfərov sonda Murad Bozu seçib.

Nə düşünürsən?