Müğənni Damlanın toyundan görüntülər

  • 28.07.2018
  • 0

Bir neçə gün əvvəl gənc aktyor və teleaparıcı Rüfət Nazarla fotosunu paylaşaraq üzərinə, "dərd ortağım, həyat yoldaşım Rüfət Nazar" şərhini yazan Müğənni Damla bu dəfə toydan gəlinlik libasında şəklini paylaşıb.

GoldNews.Az xəbər verir ki, müğənni görüntünün üzərinə, "Ümid, bir damla, təşəkkür" sözlərini əlavə edib. 

Müğəninin bu fotosuna isə münasibət fərqli olub. Bəzi izləyicilər ona xoşbəxtlik arzu etsələr də, bir qisim bunun çəkiliş olduğunu qeyd ediblər. Bir neçə şəxs isə Damlanı atası bir neçə ay əvvəl dünyasını dəyişdiyi halda, evləndiyi üçün qınayıb.

Qeyd edək ki, aktyor Rüfət Nazar da Damlanın paylaşdığı foto ilə yanaşı, toydan videogörüntü də paylaşıb və özlərinə xoşbəxtlik arzu edib.

Nə düşünürsən?