“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, türk əsilli futbolçu qərarını şəxsi “Twitter” hesabından açıqlayıb. 29 yaşlı oyunçu bu addımını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londondakı görüşündən sonra Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətlə əlaqələndirib:
Bu qərarı qəbul etmək çox çətin oldu. Həmişə komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün meydanda hər şeyimi ortaya qoymuşam. Ancaq Almaniya Futbol Federasiyası rəsmilərinin türk mənşəyimə hörmətsiz yanaşdıqlarını və məni eqoistcə siyasi təbliğata apardıqlarını görəndə, düşündüm ki, artıq bəsdir. Bunun mənim futbolçu olmağımla bir əlaqəsi yoxdur. Sadəcə, oturub, bunlara göz yummayacağam. Çünki irqçilik qəbulolunmaz bir şeydir”.
Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı.(qol.az)