Sumqayıtda ŞOK: intihar edən abituriyentin anası özünü EYNİ YERDƏN ATDI

  • 21.07.2018
  • 0

Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub. Report" verdiyi məlumata görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib. Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü binanın damından ataraq intihar etmişdi. report az

 

Nə düşünürsən?