Dənizdə batan leytenant kimdir?

  • 18.07.2018
  • 0

Dənizdə boğulan gənmclərin meyiti tapıldı.

Bakının Sabunçu rayonunda dənizdə batan 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az xəbər verir ki,1995-ci il təvəllüdlü Ağamalıyev Səlim DİN-in Daxili Qoşunları Ali Hərbi Məktəbəni leytenant rütbəsinə yenicə bitirib.Əldə etdiyimiz məlumata görə,A.Səlim yeni işi ilə bağlı təyinat olunubmuş və bu ayın 24-də işə başlayacaqmış.

Qeyd edək ki, o, dostu Nicat İbrahimovu xilas etmək istəyərkən özü də dənizdə batıb.