Sürücülük vəsiqələrinin qiyməti artırıldı - SON QİYMƏT NEÇƏYƏDİR?

  • 17.07.2018
  • 0

Bu gündən etibarən sürücülük vəsiqəsi almanın və dəyişdirmənin qiyməti artırılır. Sonxeber.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Facebook" səhifəsində məlumat verib. Onun sözlərinə görə, avtomobilin qeydiyyat şəhadətnaməsini almanın və dəyişdirmənin rüsumu da artıb. Hər iki rüsum 25 manat olub. İndiyədək sürücülük vəsiqəsi alma və dəyişdirmə 18 manat, avtomobilin qeydiyyat şəhadətnaməsini alma və dəyişdirmə 17 manat idi. Kanalda yerləşdirilən bütün materiallar Rəsmi mənbələrə dayanaraq yalnız tanıtım xarakteri daşıyır. Kanalmizda yerləşen xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.


Nə düşünürsən?