Hava KƏSKİN DƏYİŞİR: Yağış, dolu, leysan olacaq - XƏBƏRDARLIQ

  • 12.07.2018
  • 0

Sabahdan havanın temperaturu aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Nə düşünürsən?