Nisə Qasımovaya AĞIR İTKİ

  • 12.07.2018
  • 0

Tanınmış aparıcı Vüsalə Əlizadənin doğum günüdür. BiG.AZ xəbər verir ki, aparıcı sosial şəbəkə özəl günü ilə bağlı foto və videolar paylaşıb. Bu münasibətlə Vüsaləni həmkarları və məşhur dostları da təbrik edib. Qeyd edək ki, Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. ---------------------+ "Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir". Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb. Müğənni qadınların ünvanına sərt sözlər işlədib: "Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz". -+ Məşhur ulduz Şakira Türkiyədə konsert verib. BiG.AZ xəbər verir ki, Şakiranın İstanbulda baş tutan konsertinə bir çox tanınmış simalar qatılıb. Onların arasında uzun müddətdir Türkiyədə yaşayan “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva da olub. Safura konsertdə çəkdirdiyi fotonu instagram hesabında paylaşıb. Qeyd edəki, ki Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün iki övladı var. -------------------+ Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın ona olan borcundan danışıb. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla”da bildirib ki, hələ də qohumları onun borcunu qaytarmayıb: “Bir iş üçün pul verilmişdi. O iş də düzəlmədi və pul qaldı. 3 min manat, 4 min dollar idi. 3 mini qaytardılar, amma 4 min qaldı. Hələ də gözləyirəm”. ---------------+ Əməkdar artist Röya Ayxan bu dəfə bahalı aksessuarları ilə gündəmə gəlib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Kim haradan geyinir" instaqram səhifəsi ifaçının bir neçə fotosunu paylaşaraq onun zinət əşyalarını müzakirəyə çıxarıb. Məlum olub ki, 36 yaşlı müğənninin "Cartier" brendinə məxsus qolbaqlarının qiyməti 36 min dollar, yəni 61 min 200 manatdır. --------------+ Ötən ay ailə quran mərhum müğənni Rüfət Mehdiyevin qızı Zenfiranın bal ayından fotolar yayılıb. Axşam.az-ın məlumatına görə, şəkillərdə Zenfira həm tək, həm də həyat yoldaşı ilə olub. Qeyd edək ki, R.Mehdiyev 2011-ci ildə vəfat edib. Onun ilk evlilikdən 2 qız, ikinci nikahından isə 1 qız, 1 oğlan övladı var. --------------+ Xalq artisti Nisə Qasımovanın qardaşı vəfat edib. Axşam.az Report-a istinadən xəbər verir ki, 78 yaşlı Ələkbər Qasımov uzun sürən xəstəlikdən sonra iyulun 11-də dünyasını dəyişib. Qeyd edək ki, Ə.Qasımov xalq artistinin dünyasını dəyişən üçüncü qardaşıdır. Sənətçinin hazırda bir bacısı var. ---------------+ Murad Arifin “Popumuz var” adlı layihəsinin budəfəki qonağı xalq artisti Flora Kərimova olub. Axşam.az-ın məlumatına görə, müğənni maraqlı açıqlamalar verib. Kərimova bildirib ki, sənətdə ilk dəfə dekolte geyinən qadın olub: “Səviyyə haqqında səviyyəsizlər danışarlar. Səviyyə millətin mentalitetidir. Mentalitet isə ənənədir. İnsan böyüyə söz deməyə çəkinir, keçir mentalitet səviyyəsinə. Açıq-saçıqlıq tərbiyyəsizlikdir. Mənə bir dəfə də olsun geyimə görə irad tutulmayıb. Çünki mən geyimi sərgiləməmişəm. Mahnımı təqdim etmişəm. Dekolte geyinmişəm, amma bədənimi sərgiləməmişəm. Heç dekoltemə baxmayıblar. Baxmayaraq ki, ilk dəfə dekolteni mən geyinmişəm. Heç onu üzümə də vurmayıblar. Açıqlıq inqilab deyil, abırsızlıqdır, tərbiyyəsizlikdir. Usta o adamdır ki, açıq ayaqla çıxır səhnəyə, amma heç kim ayağına baxmır. Geyimimə bir dəfə qadağa qoyublar. Bir dəfə şalvar geyindim. Cavanıydıq. Bir müğənni də mənimlə gəlmişdi müsabiqəyə. Onu seçmədilər, məni seçdilər. O gəncin sayəsində məni müzakirə etdilər. Sağ deyil, dünyasını dəyişib. Allah ona rəhmət eləməsin”.

Nə düşünürsən?