Polisi qətlə yetirənlərdən biri haqqında ŞOK TƏFƏRRÜATLAR: Anasını öldürübmüş...

  • 11.07.2018
  • 0

iyulun 10-da axsam saatlarinda Gəncə şəhərində miting kecirdən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti həlak olub. Həlak olanlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon polis idarəsi rəsininin müavini polis polkovniki Səməd Abbasovdur Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və tutulmuşdur. Polisləri qətlə yetirən bu iki insan haqqinda arasdirmalra baslanilib, Hər iki gəncin Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd etmiş Yunis Səfərovla hansısa əlaqələrinin olub-olmadığını istintaq müəyyən edəcək. amma bəzi məlumatlar ortaya cixib. Belə ki, bu iki şəxs qati sirə təriqətinə qulluq edən dini radikal adamlardirlar. olanlardan birinin, Fərrux Xəqani oğlu Qasımovun feysbuk səhifəsini tapmışıq. O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, “İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”. Həmin fotonun altına Qədir Məmmədov adlı biri yazıb ki, axtarışdasan. Fotodakı dostları arasında sağda arxada oturmuş bir nəfərin isə Yunis Səfərova zahirən oxşarlığı var. Amma onun olduğunu dəqiq söyləmək çox çətindir. F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Videodan görünür ki, kadrlar İraq yaxud başqa ərəb ölkəsində çəkilib, yürüşün önündə gedən maşına isə , Xomeyninin şəkli vurulub. Həmçinin, paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. Görüntülərdə sinə vurub əzadarlıq edən şiələr olduğu bilinir. Hətta ABŞ-da şiələrin Aşura mərasimindən video paylaşıb. F.Qasımovun paylaşımlarından belə qənaətə gəlmək olur ki, şiə təriqətli fanatik dindar olub. Onunla bərabər Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev də şübhəli şəxs qismində axtarışa verilib. Qeyd edək ki, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ötən gün Gəncə şəhərində baş verən hadisələrə bağlı olaraq birgə məlumat yayıb

Nə düşünürsən?