Gəncədə qətlə yetirilən rəis müavinin qardaşı SENSASİON FAKTLARI DANIŞIR!

  • 11.07.2018
  • 1

Dünən Gəncə şəhərində kütləvi iğtişaşların baş verməsi barədə məlumat vermişdik.


Onlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Oxu24.com baş vermiş olayla bağlı şok məlumat əldə edib.Məlumata görə,Gәncәnin axundu Hacı Tahir İrana nifrәti ilә tanınan şəxsdir.O, dəfələrlə Gəncədə İran təbliğatı aparan şəxlərə qətiyyətli addımı ilə seçilib.Oxu24.com-a daxil olan məlumata görə, hətta axund Elmar Vəliyevi güllələyən  Yunus Sәfәrovu bir neçə müddət əvvəl  mәsciddәn qovubmuş. Dünən iğtişaşların qarşısını alan zaman şəhid olan polis zabiti Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov məhz axundun qardaşıdır.İğtişaşlar zamanı onun hədəf seçilməsi də təsadüfi deyil

Nə düşünürsən?