Prezident İlham Əliyev sərəncamlar imzaladı

10.07.2018 | 80 | 0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. BiG.AZ xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Canəhmədov Anar Əhəd oğlu Həbibli Gültəkin Fazil qızı Kərimov Emil Zülfüqar oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə Abdullayeva Leyla Yaşar qızı Hacıyev Hikmət Fərhad oğlu Süleymanov Nüsrət Süleyman oğlu Şahhüseynov Elnur Sultan oğlu. *** İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə teatr sənətinin inkişafına töhfələr vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. big.az

 

Nə düşünürsən?