Sürücülər Bakı-Sumqayıt yolunu belə açdılar

  • 08.07.2018
  • 0

Bakı-Sumqayıt yolunun bağlanan hissəsi sürücülər tərəfindən açılıb. AzEuroNews.com xəbər verir ki, qəzəbli sürücülər traktor və böyük beton parçaları ilə bağlanan yolu açmaq üçün Xırdalan postu tərəfə yığışıblar. Qəzəbli sürücülər traktor və beton parçaları yoldan kənara çəkərək yolu açmağa müvəffəq olublar. Qeyd edək ki, ötən gün səhər saatlarından Bakı-Sumqayıt yolunda yenidən güclü tıxac yaşanmağa başlayıb. Bu dəfə tıxac yolun Sumqayıtdan Bakıya doğru gələn istiqamətində yaranıb. Buna səbəb isə Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) Xırdalan dairəsinin altından keçən hissəsindən "Ekologiya postu"na qədər olan ərazidə yeni asfaltlama işlərinə başlamasıdır. Yolda qazıntı-söküntü işləri ötən gecə saatlarında başlayıb və bununla bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib.

Nə düşünürsən?