Nura: "Məni bəyənmirsən, amma valideynin gəlib qarşımda əyilir"

  • 07.07.2018
  • 0

Müğənni Nura Suri sosial şəbəkələrdə ünvanına təhqir yazanları bağışlayıb. BAKU.WS xəbər verir ki, Əliyev Tarixin aparıcısı olduğu "Hər şey daxil" proqramında qonaq olan ifaçı bu barədə danışıb. Müğənni deyib ki, keçən il onu təhqir edən bir şəxsi hüquq-mühafizə orqanlarının vasitəsilə tapıb, cəzalandırıb: "Bu hal keçən il və bu yaxınlarda oldu. Amma bu dəfə videosunu çəkmədim. Çünki Gəncədən anası gəldi. Mən pis oldum, o qadınla görüşmək istəmədim. İşi aparan müstəntiqə dedim ki, vallah, mən o qadının qarşısına çıxmaq istəmirəm. Övladının etdiyi bir hərəkətə görə ana gəlib mənim qarşımda əyilsə, bunu qəbul edə bilmərəm. Bağışladım və ərizəmi geri götürdüm. Ondan əvvəlki halda çox mədəni bir xanım qızının yazdıqlarına görə gəlib ağladı. Qızının xəstə olduğunu, kimsənin onun bu xəstəliyindən xəbər tutmasını istəmədiyindən müalicə etdirmədiyini dedi. Bu hallarla o qədər üzləşdim ki, adamın valideynlərə yazığı gəlir. Bax, məni bəyənmirsən, amma sənin valideynin gəlib mənim qarşımda əyilir. Mən bunu etmirəm, getmirəm, bağışlayıram. Bütün dünyanın problemləri analara qurban olsun. Axı sizin hərəkətinizə görə sənin anan niyə mənim qabağımda əyilməlidir"?

Nə düşünürsən?