Bakıda cinayət törətmək istəyən qoçu sürücü və sərnişini

  • 07.07.2018
  • 0

Əli Həsənli idarə etdiyi avtomobillə iyulun 5-də  paytaxtın Yusif Səfərov küçəsində öz zolağıyla qaydalar çərçivəsində hərəkət edərkən, sol zolaqda hərəkətdə olan 99-HM-788 qeydiyyat nişanlı “Mercedes ML” markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq ona təhlükə yaradıb.

Oxu.Az Avtosfer.az-a istinadla xəbər verir ki, sürücü buna əhəmiyyət verməyib yoluna davam edən zaman, qeyd etdiyimiz “Mercedes” markalı avtomobilin sürücüsü bundan qəzəblənərək sağdan ötmə edib və həmin sürücünün avtomobilini qəsdən vurub.

Hadisəni törədəndən sonra avtomobili qəfil dayandıraraq sürücünün qarşısını kəsib. Bu zaman günahkar sürücü sərnişinlə birgə avtomobildən düşüb Əli adlı sürücünü nalayiq söyüşlərlə söyərək təhqir ediblər. Sərnişin isə günahsız sürücünün avtomobilini yumruqla vurmağa başlayıb. Onlar sonradan avtomobilə minərək hadisə yerindən yayınıblar.

Əgər hadisə nəticəsində günahsız sürücünün avtomobili zədələnmiş olsa, qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Nə düşünürsən?