Dünyanın ən kiçik kompüteri - Michigan Micro Mote (M3)

  • 07.07.2018
  • 0

Dünyanın ən kiçik kompüteri


Miçiqan Universitetinin bir qrup tədqiqatçıları tərəfindən dünyada ən kiçik kompüter hazırlayıblar.


“Michigan Micro Mote” adlanan və eni 0.3 mm təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görsənir.


Yeni mikrokompüter prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür. Enerji kəsilən kimi isə bütün məlumatı itirir.


“Michigan Micro Mote” kompüteri aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:

*Xərçəng xəstəliyinin tədqiqatı;

*Qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi;

*Neft rezervuarlarının monitorinqi;

*Biokimyəvi proseslərin monitorinqi;

*Səsli və videomüşahidə;

*Kiçik ilbizlərin tədqiqatı.


Musiqi: Microchip 1:54 Jason Farnham Dans ve Elektronik | İlham Verici

Nə düşünürsən?