Trampdan Kim Çen İnə sürpriz hədiyyə

  • 06.07.2018
  • 0

Bu gün Şimali Koreyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo Kim Çen İnlə görüşə prezident Donald Trampın verdiyi hədiyyələrlə gəlib.
 
Sfera.az xəbər verir ki, hədiyyələr arasında britaniyalı müğənni Elton Conun "Rocket Man” (Raket adam) mahnısının diski də var. Bu barədə Cənubi Koreyanın "Chosun Ilbo” nəşri ABŞ-dakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
 
Qəzet yazır:
" "Rocket Man” mahnısının diski Tramp və Kim Çen İnin birgə naharı zamanı müzakirə mövzusu olub. Kim Çen İn Trampın keçən il iki ölkə arasında gərginlik artanda ona "raket adam” dediyini xatırladıb. Tramp Kim Çen İndən bu mahnını eşidib-eşitmədiyini soruşub, o, isə "yox" cavabı verib”.
Jurnalistlərin məlumatına görə, Tramp diskə avtoqraf və kiçik mesaj qeyd edib. Hədiyyə edilən ikinci hədiyyə isə məktubdur. Onun məzmunu açıqlanmır.

Nə düşünürsən?