“Facebook” Ronaldo ilə birgə realiti-şou çəkəcək

  • 06.07.2018
  • 0

"Facebook” sosial şəbəkəsi efirə Madrid "Real”ının hücumçusu Kriştianu Ronaldonun iştirakı ilə realiti-şou buraxmaq fikrindədir.
Sfera.az xəbər verir ki, "Variety” nəşrinin yazdığına görə, hazırda futbolçu və sosial şəbəkə rəhbərliyi müqavilənin şərtlərini müzakirə edirlər. Sənədli film olacaq layihə "Facebook Watch” striminq platformasında efirə buraxılacaq. Şounun 13 seriyadan ibarət olacağı gözlənilir.
Ronaldo bu layihəyə görə, 10 milyon dollar ala bilər. 
Qeyd edək ki, Kriştianu Ronaldo "Facebook” sosial şəbəkəsində ən populyar futbolçulardan biridir. Onun hesabını izləyən azarkeşlərin sayı 120 milyon nəfəri keçir.
 

Nə düşünürsən?