"Azərenerji"nin prezidentini hansı cəza gözləyir?

  • 05.07.2018
  • 0

Xəbər verdiyimiz kimi, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Nəticədə işığın və suyun verilməsində fasilələr yaranıb. Baş vermiş hadisə ilə bağlı iyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Hazırda baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Əgər istintaq zamanı səhlənkarlıq və yeyinti faktoru öz təsdiqini taparsa, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevi hansı cəza gözləyir? Etibar Pirverdiyevi hansı cəza gözləyir? Bununla bağlı BiG.AZ-a açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu barədə ciddi araşdırma aparılmalıdır: “Yəni partlayışın baş vermə səbəbləri müəyyən olunmalıdır. O transformatorun təzə və ya köhnə olması müəyyənləşdirilməlidir. Köhnədirsə niyə yenilənməyib. Təmiri niyə vaxtında aparılmayıb. Enerji sisteminin yenilənməsi üçün 5 milyard manat investisiya yatırıldığı deyilir. Pullar məqsədə uyğun xərclənilibmi? Artıq bunlar müəyyən edildikdən sonra məsuliyyət dərəcəsi də aydın olacaq. Ola bilər ki, pullar düzgün xərclənib və partlayan transformator təzə olub. Ola bilər ki, zavodun günahı ucbatından transformator partlaya bilər. Əlbəttə, bu halda məmurların məsuliyyəti bir az azalır. Amma məlum olsa ki, transformator köhnədir və dəyişdirilməli idi, lakin rəhbərlik bu məsələyə məsuliyyətsiz yanaşıb, o zaman ciddi tədbirlər görüləcək. Bilirsiniz ki, bu məsələ strateji xarakter daşıyır, birbaşa rəhbərliyin nəzarətində olmalıdır. Elə bir sistem yaradılmalıdır ki, yaranan kiçik problem zamanında həll edilsin. Əgər bu sistemi qura bilməyiblərsə təbii ki, məsuliyyət daşıyırlar. Hansı məsuliyyətin daşıdığı isə araşdırmalardan sonra bəlli olacaq. Sadəcə rəhbərlik səhlənkarlığı olub. Vaxtında vəzifəsini icra edə bilməyib. Bu zaman intizam məsuliyyəti daşıya bilər. Əgər ayrılan pullar məqsədə uyğun xərclənməyibsə, artıq burada korrupsiya əlaməti var. Onun da məbləği müəyyən edilməlidir. Bu barədə nəyisə demək çətindir. Amma bu məsələdə iki məsuliyyət ola bilər. Bir məsuliyyətsizlik və korrupsiya. Əgər yeyinti varsa, bu, korrupsiyadır. Bunun məbləği məsuliyyətin dərəcəsinə çevrilir. Əlbəttə, bütün bunlar istintaqın nəticəsindən sonra bilinəcək. Əgər burada böyük korrupsiya əlaməti varsa, 10 ildən də yuxarı cəza düşür”. big az

Nə düşünürsən?