Kral oğlunun ad gününü belə qeyd etdi: Avtomatdan atəş açaraq

  • 03.07.2018
  • 0

İordaniya kralı II Abdulla oğlu Hüseynin 24 yaşını qeyd etmək üçün onu həqiqi güllələrin istifadə edildiyi hərbi təlimə çıxarıb.

Sfera.az xəbər verir ki, krallığın keçirdiyi hərbi təlim videosunda II Abdulla və şahzadə Hüseynin birlikdə hücumda iştirak etdiyi görünür. Kadrların birində şahzadə Hüseyn avtomobili işə salır, qapını ayağı ilə açıb tavana silah söykəyən kral Abdulla isə oğlu avtomobili sürətlə sürərkən atəş açır, ən sonda avtomobilə daxil olur.

İordaniya kralı və vəliəhd şahzadə İngiltərənin məşhur "Sandhurst” Hərbi Akademiyasından məzun olublar, vertolyot pilotu vəsiqəsi alıblar. Keçən ay şahzadə Hüseynin vertolyotda təkbaşına uçmasından sonra digər pilot dostlarının başından bir vedrə su tökdüyü videonu paylaşmışdı.

Nə düşünürsən?