Azərbaycan ordusundan HƏYƏCAN SİQNALI: Paşinyan əsgərlərinə əmr verdi

  • 01.07.2018
  • 0

"Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində hadisələrin istənilən ssenarisinə qarşı hazır olmalıdır”. Bu barədə iyulun 1-də jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla təmas xəttindəki vəziyyət haqqında danışarkən bildirib. "Biz demişik ki, sərhəddə hərəkətlilik, qoşunların toplantısı müşahidə olunu, Azərbaycanın bəyanatlarına əsasən, onlar genişmiqyaslı hərbi təlimlər keçirəcəklər. Güman edirəm ki, bizim silahlı qüvvələr istənilən ssenariyə qarşı hazır olmalıdır və mən belə bir əmr vermişəm", - baş nazir bildirib. Paşinyanın həyəcanından hiss olunur ki, işğalçı ölkə rəhbərliyi Azərbaycanın hazırlaşdığı sabahkı hərbi təlimlərdən bərk narahatdır və cəbhədə hər an hücum ola biləcəyindən əndişələnir. Xatırladaq ki, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri genişmiqyaslı təlimlər keçəcəklər. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.(modern.az)

Nə düşünürsən?