Prezidentdən baş nazir və nazirlər haqqında SƏRƏNCAM

  • 27.06.2018
  • 0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. BiG.AZ-ın xəbərinə görə, sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib: Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilib.

Nə düşünürsən?